BAKI, 24 may. TELEQRAF

Rusiya 307 ukraynalı hərbi əsiri Kiyevə təhvil verib.

Teleqraf-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“307 müdafiəçi evdədir. Bu gün Türkiyədə razılaşdırılan “1000-ə qarşı 1000” mübadiləsinin ikinci günüdür. Təkcə bu iki gündə 697 hərbçi geri qaytarılıb. Sabah davamını gözləyirik. Bu gün qayıdanlar arasında ordumuzun, Dövlət Sərhəd Xidmətinin, Ukrayna Milli Qvardiyasının əsgərləri var”, - dövlət başçısı qeyd edib.

Ukrayna da öz növbəsində eyni sayda hərbi əsiri Rusiya tərəfinə təhvil verib.