
BAKI, 11 mart. TELEQRAF
Belarus Gürcüstanın öz dövlətçiliyini və suverenliyini müdafiə etmək üçün atdığı addımları düzgün hesab edir və onun hərəkətlərini dəstəkləyir.
Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Gürcüstanın öz dövlətçiliyini və suverenliyini qorumaq üçün atdığı addımları yüksək qiymətləndirir və dəstəkləyirik. Bu, bizim yanaşmalarımıza uyğundur”, - dövlət başçısı bildirib.
Lukaşenko qeyd edib ki, belaruslar və gürcülər arasında dostluq və qarşılıqlı hörmət ənənələri iki ölkə arasında tamhüquqlu hərtərəfli əməkdaşlığın bərpası üçün möhkəm təməl rolunu oynayır.
“Siz yaxşı bilirsiniz ki, qapılarımız sizin üzünüzə həmişə açıq olub və açıqdır. Minsk və Tbilisinin heç bir problemi yoxdur”.