BAKI, 27 fevral. TELEQRAF

Rusiya heç vaxt Ukraynada Avropa İttifaqı (Aİ) ölkələrinin sülhməramlı qüvvələrinin yerləşdirilməsinə razı olmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Rusiya heç vaxt Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsinə razı olmayacaq. Ən azı Rusiyanın bugünkü mövqeyi budur. Xüsusilə ona görə ki, ilk növbədə Almaniya və Fransanın təmsil olunduğu Avropa İttifaqının rəhbərliyi hazırda çox aqressiv mövqe tutur”, - Belarus prezidenti deyib.