BAKI, 11 fevral. TELEQRAM

Ukrayna Nazirlər Kabineti Belarusla əlaqə sahəsində əməkdaşlıq üzrə hökumətlərarası sazişə xitam verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna hökumətinin nümayəndəsi Taras Melnıçuk bildirib.

“Ukrayna hökuməti ilə Belarus Respublikası arasında rabitə sahəsində imzalanmış sazişə xitam verilib. Bu sənəd 17 dekabr 1992-ci ildə Kiyevdə imzalanmışdı”,- o qeyd edib.