BAKI, 21 noyabr. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov noyabrın 24-25-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanada dövlət səfərində olacaq.

Teleqraf xəbər verir ki, səfər zamanı tərəflər yüksək səviyyəli danışıqlar aparacaq.

Görüşdə Qazaxıstan və Türkmənistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə olunacaq.