BAKI, 13 noyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı və hökumətin qərarına uyğun olaraq dağıdıcı zəlzələdən zərər çəkmiş əhaliyə dəstək məqsədilə Əfqanıstan xalqına humanitar yardım göndərilib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət ehtiyatından zəruri dərman vasitələri, tibbi avadanlıq, yataq dəstləri, çadırlar və digər birinci dərəcəli tələbat malları ayrılıb. Bundan əlavə, Qazaxıstan Səhiyyə Nazirliyi zərərçəkənlərə ixtisaslı yardım göstərmək üçün tibb işçiləri qrupu yaradıb və göndərib. Humanitar yükün ümumi çəkisi 18 tondur.