BAKI, 12 noyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kremldə görüşdə Rusiya Prezidenti Vladimir Putini gələn il dövlət səfərinə dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Vladimir Putin Kasım-Jomart Tokayevin dəvətini qəbul edib.