BAKI, 2 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin noyabrda Rusiyaya gözlənilən dövlət səfəri zamanı siyasi məsələlər, enerji və nəqliyyat üzrə sazişlər bağlanacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Diplomat deyib ki, imzalanması planlaşdırılan sənədlərin siyahısı tərtib edilir.

“Söhbət hazırlıq mərhələsində olan siyasi-iqtisadi əməkdaşlıq, o cümlədən enerji, nəqliyyat, ətraf mühitin mühafizəsi və digər sahələri əhatə edən sazişlərdən gedir”, - Zaxarova qeyd edib.