BAKI, 1 oktyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev süni intellektin təhsil sektoruna geniş şəkildə tətbiqi riskləri ilə bağlı xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, o, bu barədə Süni İntellektin İnkişafı üzrə Şuranın ilk iclasında bildirib.
“Süni intellektin mənfi istifadəsi kimi etik məsələlər var. Süni intellektin verdiyi cavablara güvənən tələbələr tənqidi düşünmə, axtarış və təhlil qabiliyyətini itirə bilər. Süni intellekt təhsil prosesini təkmilləşdirməli, amma onun fundamental əsaslarını əvəz etməməlidir. Buna görə də hökumət akademik dürüstlüyün təmin edilməsi üçün kompleks tədbirlər görməlidir”, - Kasım-Jomart Tokayev vurğulayıb.