BAKI, 30 sentyabr. TELEQRAF

“Qazaxıstan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişəyə son qoymaq üçün təklif etdiyi sülh planını alqışlayır”.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin köməkçisi və mətbuat katibi Ruslan Jeldibay bildirib.

Onun fikrincə, bu təşəbbüs Yaxın Şərqdə vəziyyəti nizamlamaq üçün unikal fürsətdir.

“Qazaxıstan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişəyə son qoymaq üçün hərtərəfli sülh planını alqışlayır. Dövlət başçısı Kasım-Jomart Tokayev bəyan edib ki, Qazaxıstan bu təşəbbüsü unikal imkan və Yaxın Şərqdəki vəziyyətin nizamlanması, dövlətlərarası etimadın möhkəmləndirilməsi və regionda davamlı və ədalətli sülhün bərqərar olması istiqamətində mühüm addım kimi qiymətləndirir”, - Jeldibay qeyd edib.