BAKI, 29 sentyabr. TELEQRAF

“Qazaxıstan Prezidenti Kasım-Jomrart Tokayevin noyabrda Rusiyaya planlaşdırılan dövlət səfərinə hazırlaşırıq”.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Hazırda müxtəlif istiqamətlərdə hazırlıq gedir. Diplomatlar, parlamentlər, media birgə işləyir”, - Kreml nümayəndəsi qeyd edib.