BAKI, 26 sentyabr. TELEQRAF

“Qlobal iqlim təşəbbüsləri irimiqyaslı saxtakarlığa bənzəyir”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Öz təəssüratımı bir sıra həmkarlarıma və hökumət üzvlərinə açıq şəkildə çatdırmışam: bu, irimiqyaslı saxtakarlığa bənzəyir. Baş nazir Oljas Bektenov bunu təsdiqləyə bilər. ABŞ Prezidenti Donald Tramp da bu yaxınlarda BMT-dəki çıxışında eyni şeyi dedi: iqlim dəyişikliyi qlobal saxtakarlıqdır. Ona görə də rəsmi mövqeyimizi açıqladıq”, - dövlət başçısı bildirib.