BAKI, 26 sentyabr. TELEQRAF

“Mənim əsas missiyam indiki qeyri-müəyyən dövrdə ölkəmizin təhlükəsizliyini təmin etməkdir”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Mənim əsas missiyam indiki dəyişikliklər dövründə ölkəmizin təhlükəsizliyini təmin etmək, onun suverenliyini və müstəqilliyini möhkəmləndirmək, sosial-iqtisadi inkişaf üçün möhkəm zəmin yaratmaqdır. Bunu uzun illərdən bəri söyləyirəm. Mənim bütün qərarlarım bu təxirəsalınmaz vəzifələrin həyata keçirilməsinə yönəlib”, - prezident bildirib.

Həmçinin Kasım-Jomart Tokayev vurğulayıb ki, ölkənin enerji təhlükəsizliyinin və müstəqilliyinin təmin edilməsi strateji vəzifədir.