BAKI, 26 sentyabr. TELEQRAF

Qazaxıstan Dövlət başçısı Kasım-Jomart Tokayevin sərəncamı ilə Yerjan Kazıxan prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə o, Qazaxıstanın Cenevrə şəhərində (İsveçrə) BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsinə təyin olunub.

Yerjan Kazıxan bu vəzifədə Yerlan Alimbayevi əvəzləyib.

Həmçinin Kasım-Jomart Tokayevin sərəncamı ilə Yernar Baspayev prezidentin müşaviri və Kanat Şarlapayev prezidentin köməkçisi vəzifələrindən azad olunub.