BAKI, 24 sentyabr. TELEQRAF

“Qazaxıstan Rusiya ilə Ukrayna arasındakı münaqişədə vasitəçi deyil və özünü belə görmür”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Qazaxıstan Rusiya ilə Ukrayna arasında hərbi münaqişədə vasitəçi deyil və özünü bir vasitəçi kimi görmür. Fikrimcə, hər iki tərəf bütün mübahisəli məsələlər üzrə ikitərəfli və müxtəlif səviyyələrdə dialoq aparmağa qadirdir. Mən həmişə inanmışam və açıq şəkildə bəyan etmişəm ki, Ukrayna böhranı son dərəcə mürəkkəbdir və onu sadələşdirmək olmaz”, - prezident qeyd edib.

Həmçinin Kasım-Jomart Tokayev əlavə edib ki, Qazaxıstan Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.