BAKI, 30 aprel. TELEQRAF

Özbəkistana işgüzar səfəri çərçivəsində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Daşkənddə bu ölkədən olan həmkarı Cəmşid Xocayevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Həmsöhbətlər həm ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı üçün böyük potensialın reallaşdırılmasının zəruriliyini, həm də bu sahədə işgüzar dairələr arasında əlaqələrin və birgə investisiya proqramlarının aktivləşdirilməsinin vacibliyini vurğulayıblar”, - məlumatda deyilir.