BAKI, 3 oktyabr. TELEQRAF

Kreml rəhbəri Vladimir Putin Rusiya ordusunun sentyabrda Ukraynanın 1300 km²-dən çox ərazisini ələ keçirdiyini iddia etsə də, bu, cəbhədəki real vəziyyəti əks etdirmir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

ISW faktları təhlil etdikdən sonra belə qənaətə gəlib ki, Rusiya qoşunları sentyabrda ümumilikdə 80,81 km² ərazi itirib. Qeyd edilib ki, Rusiya qüvvələrinin tam nəzarət yaratmadığı ərazilərdəki irəliləyişlər də nəzərə alınarsa, sentyabr ayında Rusiyanın xalis ərazi itkisi 175,18 km² təşkil edib.

ABŞ institutunun analitiklərinin fikrincə, Rusiya hərbi komandanlığı Vladimir Putinə yalan məlumat çatdırır.

“Putinin 2026-cı ilin sentyabrında Rusiya qoşunlarının cəbhədəki uğurları ilə bağlı açıqlamaları reallıqdan o qədər uzaqdır ki, bunlar daha çox hallüsinasiyaya bənzəyir”, - mənbə əlavə edib.