BAKI, 23 noyabr. TELEQRAF
Azərbaycan və İtaliya arasında kritik xammallar sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, memorandum Qafqaz, Mərkəzi Asiya və Afrikada birgə layihələrin müəyyənləşdirilməsini və Azərbaycanın regional logistika imkanlarından, o cümlədən Orta Dəhlizdən istifadə etməklə xammalın İtaliya və Avropanın sənaye təchizat zəncirlərinə inteqrasiyasını nəzərdə tutur.
Nazir əlavə edib ki, İtaliyanın maşınqayırma və metallurgiya sahəsində zəngin sənaye təcrübəsi Azərbaycanda texnologiya transferi, yerli istehsalın genişləndirilməsi və yüksək əlavə dəyərli məhsulların istehsalı üzrə birgə layihələr üçün geniş imkanlar yaradır.