BAKI, 23 noyabr. TELEQRAF
Rusiyalı UFC döyüşçüsü Umar Nurməhəmmədov həbsdən azad olunduqdan sonra ilk paylaşımını edib.
Teleqraf xəbər verir ki, 30 yaşlı idmançı sosial şəbəkə hesabında paylaşım edərək çətinliklərlə bağlı fikirlərini bölüşüb.
O, paylaşımında bu sözləri yazıb: “Hər bir insanın yolunda çətinliklər olur. Bizi yalnız onlarla necə mübarizə aparmağımız müəyyən edir”.
Qeyd edək ki, noyabrın 11-də Əbu-Dabidə UFC-nin keçmiş çempionu, gürcüstanlı Merab Dvalişvili ilə Umar və Usman Nurməhəmmədov qardaşları arasında kütləvi dava baş verib. Hadisə zamanı tərəflər saxlanılıb. Daha sonra Umar Nurməhəmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib və 300 min dirhəm (təxminən 6,7 milyon rubl) cərimələnib.
Noyabrın 17-də təqsirləndirilən şəxslər azadlığa buraxılıb.