BAKI, 23 noyabr. TELEQRAF

Monteneqro müdafiə naziri Draqan Krapoviçin rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfərlə Ermənistana gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi səfərlə bağlı əlavə təfərrüat açıqlamayıb.