BAKI, 23 noyabr. TELEQRAF

“Kəpəz”in futbolçusu Əli Səmədov Premyer Liqada 100-cü oyununu keçirib.

Teleqraf PFL-ə istinadən xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ”la ev matçına təsadüf edib.

29 yaşlı müdafiəçi bu görüşlərdə 1 qola imza atıb.

Debütü 2015/16 mövsümünə təsadüf edən futbolçu iki klubda çıxış edib. Gəncə klubunda 86 oyunda 1 qola sevinən müdafiəçi “Şamaxı”da 14 dəfə meydana çıxıb.

Qeyd edək ki, Səmədov turnirin tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçudur.