BAKI, 23 noyabr. TELEQRAF
Xəbər verdiyimiz kimi, bu gün ARB-nin keçmiş aparıcısı Ada Süleymanovanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Teleqraf-ın məlumatına görə, "VOYAH" markalı minik və yük avtomobillərinin toqquşması nəticəsində aparıcı ilə yanaşı həmin maşında sükan arxasında olan Anar Kərimov da həyatını itirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Qəza yerindən görüntüləri təqdim edirik: