BAKI, 23 noyabr. TELEQRAF
Yaxın gələcəkdə Azərbaycan və İtaliya arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında yeni ikitərəfli saziş layihəsinin imzalanmasını hədəfləyirik.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, ölkələr arasında rnerji əməkdaşlığı ikitərəfli işbirliyində əsas istiqamət olaraq qalır:
“Cənub Qaz Dəhlizi ölkələrimizin uzunmüddətli əməkdaşlığının mühüm göstəricisidir. Dəhlizin Avropa hissəsi olan Trans-Adriatik boru kəməri ilə nəql edilən Azərbaycan qazı İtaliya və bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Eyni zamanda tərəfdaşlarımızla Mərkəzi Asiyanın enerji resurslarının Xəzər dənizi üzərindən Avropaya çatdırılması, o cümlədən Xəzər regionunda bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Avropaya ixracı istiqamətində işləyirik”.