BAKI, 23 noyabr. TELEQRAF

Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Erməni Apostol Kilsəsinin fəaliyyəti ilə bağlı dəyişikliklər edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ölkənin hazırkı Konstitusiyasına əsasən, Ermənistan dövləti ilə Erməni Apostol Kilsəsi arasındakı münasibətlər qanunla tənzimlənə bilər. Təklif olunan dəyişikliyə əsasən isə, dövlətlə kilsə arasındakı münasibətlər qanunla tənzimlənir.

Nikol Paşinyan hökuməti bundan əvvəl dəfələrlə kilsənin vergi qanunvericiliyinin əhatə dairəsinə daxil edilməsi niyyətini bəyan edib.

Ermənistan hökuməti ilə kilsə arasında münasibətlər 2020-ci ildə Eçmiədzin katolikosluğu Qarabağla bağlı siyasətinə görə Baş nazir Nikol Paşunyanın istefasını tələb etdikdən sonra kəskinləşib. Paşinyan açıq şəkildə II Qareginin vəzifəsindən uzaqlaşdırılmasını tələb edir. Kilsənin nizamnaməsinə əsasən, katolikos ömürlük seçilir.