BAKI, 22 sentyabr. TELEQRAF
“Körfəz ölkələri uzun müddətdir İrandan narahatdırlar, ABŞ-nin bu ölkələrdə hərbi baza yerləşdirilməsinin səbəbi də məhz bu narahatlıqdır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.
O bildirib ki, İran İraqda yerləşən və əvvəllər Suriyada da fəaliyyət göstərmiş terror qruplarını dəstəkləyir, Yəməndə husiləri dəstəkləyir, “Hizbullah”a yardım edir.
Rubio əlavə edib ki, bu fəaliyyətlər və İranın nüvə silahı əldə etməyə çalışması təkcə Körfəz ölkələrini deyil, bütün dünyanı narahat etməlidir:
“Neft və Hörmüz boğazı ilə yanaşı, əsas məsələ İranın heç vaxt nüvə silahına sahib olmamasıdır. Şimali Koreyanı təsəvvür edin, amma Yaxın Şərqdə; bu, dünya üçün fəlakət olardı”.