BAKI, 15 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp süni intellektin inkişafının bəşəriyyətin mövcudluğu üçün təhlükə yarada biləcəyi ilə bağlı fikirləri yalan adlandırıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mən yalanları ifşa edirəm və indi daha bir yalanı ifşa edəcəyəm – guya süni intellekt dünyanı ələ keçirəcək, məhv edəcək, robotlar şəhərlərimizə daxil olub bizi aradan götürəcək”, – ABŞ lideri bildirib.
Tramp bu cür iddiaları Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə etdiyi barədə səsləndirilən fikirlərdən və qlobal istiləşmə konsepsiyasından “daha da vəhşi” adlandırıb.
Qeyd edək ki, sentyabrın 12-də “Anthropic” şirkətinin rəhbəri Dario Amodei qabaqcıl süni intellekt modellərinin inkişaf tempinin azaldılmasına çağırıb. O bildirib ki, koordinasiyalı şəkildə sürətin aşağı salınması şirkətlərə texnologiya kritik inkişaf səviyyəsinə çatmazdan əvvəl əlavə vaxt qazandıra bilər. Bu yanaşma ilə İlon Mask və “OpenAI” rəhbəri Sem Altmanın da razılaşdığı bildirilir.