GƏDƏBƏY, 14 sentyabr. TELEQRAF
Gədəbəy sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1964-cü il təvəllüdlü Azər Quliyevin yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində öldüyü müəyyən edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.