BAKI, 11 sentyabr. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranla müharibəyə dair obyektiv məlumat almaq üçün komandirlərə şəxsən zəng edib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadla məlumat yayıb.
Nəşr yazıb ki, Vens İranla müharibə ilə bağlı səmimi qiymətləndirmələr almaq üçün ABŞ-nin Yaxın Şərq, Avropa və Asiyadakı hərbi qüvvələrnin komandirlərinə birbaşa zəng etmək kimi qeyri-adi addım atıb. Söhbətlər zamanı müharibə ilə bağlı geniş məsələlər, o cümlədən onun məqsədləri, taktikaları, itkilərin qiymətləndirilməsi, İranın Hörmüz boğazındakı fəaliyyətləri, İran ordusunun uyğunlaşma dərəcəsi və İran rəhbərliyinin imkanları müzakirə olunub.
ABŞ-nin vitse-prezidenti komandirlərdən silah-sursat və texnika ehtiyatları barədə hesabat tələb edib.