BAKI, 12 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, jurnalist Taker Karlson ona heç vaxt simpatiya bəsləməyib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə WABC radiostansiyasına müsahibəsində danışıb.

“Taker Karlson məni heç vaxt sevməyib. Müəyyən mənada onun üçün çox şey etmişəm, amma görünür, o, məni heç vaxt sevməyib. İnsanlar arasında bəzən uyğunluq olur, bəzən isə olmur. Belə halda heç nə etmək mümkün deyil”, – Tramp bildirib.

ABŞ lideri Karlsonu qeyri-ardıcıl mövqe tutmaqda ittiham edib və onun hazırkı administrasiyanın, o cümlədən İrana qarşı hərbi əməliyyatların siyasətindən narazı qalmasına təəccübləndiyini deyib.

“Əslində Taker kimi bir insan mənim etdiklərimi bəyənməli idi, çünki mən Amerikanı yenidən böyük etmişəm”, – Tramp əlavə edib.