BAKI, 14 sentyabr. TELEQRAF
ABŞ administrasiyası Yəmənin Husi üsyançı hərəkatı olan Ənsar Allah qüvvələri Bab əl-Məndəb boğazındakı strateji Perim adasını nəzarətə götürdükdən sonra onunla birbaşa əlaqə saxlayır .
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti J.D. Vens Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Qeyd edək ki, Yəməndə husilər sentybarın 11-də Bab əl-Məndəb boğazının mərkəzində yerləşən strateji Perim adasını ələ keçiriblər.
Adaya nəzarət husilərə mühüm beynəlxalq gəmiçilik marşrutlarından birinə nəzarət imkanı yaradır. Bu marşrutla hər gün böyük həcmdə yük, o cümlədən milyonlarla barel neft daşınır.