BAKI, 15 sentyabr. TELEQRAF
İranın Hörmüzqan əyaləti yaxınlığında, Fars körfəzi sularında iki balıqçı gəmisi dron hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət teleradio korporasiyası IRIB məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində bir neçə balıqçı itkin düşüb. Hazırda onların tapılması istiqamətində axtarış-xilasetmə işləri aparılır.
Hadisənin digər təfərrüatları, o cümlədən dronun kimə məxsus olduğu barədə məlumat verilməyib.
Qeyd edək ki, son günlər Hörmüz boğazı və Fars körfəzi ətrafında gəmilərə qarşı hücumlarla bağlı bir sıra insidentlər qeydə alınıb.