BAKI, 15 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin Taiz vilayətinə bir neçə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” (husi) hərəkatına yaxın SABA agentliyi məlumat yayıb.

Bildirilib ki, zərbələr Qırmızı dəniz sahilində yerləşən Zubab şəhəri yaxınlığındakı ərazilərə endirilib.

SABA-nın məlumatına görə, bombardman nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar var. İtkilərin dəqiq sayı açıqlanmayıb.