BAKI, 14 sentyabr. TELEQRAF

ABŞ-nin energetika naziri Kris Rayt Səudiyyə Ərəbistanının uranı zənginləşdirmək planlarının olmadığını bildirib.

Teleqraf xəbər verir ki, nazir bu açıqlamanı Vyanada keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) konfransında verib.

“Səudiyyə Ərəbistanının zənginləşdirmək planları yoxdur”, - Rayt vurğulayıb.

“The Wall Street Journal” bundan əvvəl Vaşinqton və Ər-Riyad arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsində əməkdaşlıq haqqında sazişin uranı 20 faizə qədər zənginləşdirmək imkanını ehtiva etdiyini yazmışdı.