BAKI, 11 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın gözlədiyindən daha uzun sürdüyünü etiraf edib.
Teleqraf xəbər verir ki, Tramp bunu Dallasda Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı deyib.
“Biz dünyanın ən güclü Silahlı Qüvvələrini yaratdıq. Ordumuzdan düşündüyümdən daha uzun müddət istifadə etməli olduq, lakin İranın nüvə silahına sahib olmasına imkan verə bilmərik”, - ABŞ prezidenti bildirib.
Tramp, həmçinin ABŞ-nin Hörmüz boğazına nəzarət etdiyini yenidən iddia edib.
“Biz boğaza nəzarət edirik. Mən onu ‘Tramp boğazı’ adlandırıram”, – o deyib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalasa da, iyulun 8-də ABŞ İrana genişmiqyaslı zərbələri bərpa edib.