BAKI, 15 sentyabr. TELEQRAF

Rusiyadan Ermənistana təbii qaz nəqli 11 gün müddətinə dayandırılır.

Teleqraf xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qaz nəqli sentyabrın 15-dən 25-dək dayandırılacaq. Buna səbəb Rusiya ərazisində “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərində planlı profilaktik və təmir işlərinin aparılmasıdır.

Şirkətdən qeyd olunub ki, bu müddətdə Ermənistan istehlakçılarının fasiləsiz və etibarlı qaz təchizatı daxili ehtiyatlar, eləcə də İrandan əlavə təbii qaz tədarükü hesabına təmin ediləcək.

Ermənistan Gömrük Xidmətinin məlumatına görə, 2025-ci ildə ölkənin idxal etdiyi təbii qazın 82,4 faizi Rusiyanın payına düşüb. Qalan həcm əsasən İrandan tədarük olunub.