BAKI, 14 sentyabr. TELEQRAF
Neft Hörmüz boğazından keçir və bizə heç bir şəkildə kömək etməyən dünya ölkələri bu fırıldaqçılıq bitdikdən sonra Amerika Birləşmiş Ştatlarına dəyən zərərləri ödəməyə borcludurlar və mütləq kompensasiya edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
"Biz bunu özümüzdən daha çox başqaları üçün edirik və bu, bir çox nəsillər boyu belə olub", - deyə o qeyd edib.
Tramp başqa bir paylaşımında vurğulayıb ki, Amerikadakı qiymət artımlarına Tramp deyil, "yuxulu Co Bayden" və Bayden administrasiyası səbəb olub: "Hətta Baydenin dövründə neftin qiyməti indikindən daha yüksək idi və biz İranın nüvə silahı əldə etməsinin qarşısını aldıq. Neftdən əlavə, qiymətlər kəskin şəkildə düşür və İranla hərbi münaqişə bitən kimi neftin qiyməti kəskin şəkildə düşəcək".