BAKI, 14 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp genişmiqyaslı bərpası ərəfəsində Ağ Evi “əsl zibillik” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, “Truth Social”da yazıb.
“Ağ Ev həm çöldən, həm də içəridən çox pis vəziyyətdə idi. Düzünü desəm, əsl zibillik idi. Əvvəlki prezidentlər ona qayğı göstərməyiblar”, - Ağ Ev rəhbəri vurğulayıb.
Donald Tramp əlavə edib ki, asudə vaxtlarında Ağ Evin bərpası ilə məşğul olmağı çox sevir.