BAKI, 11 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin onun dövlət başçısı kimi səlahiyyət müddətinin sonuna - 2029-cu ilə qədər davam etməsinin mümkün olduğunu düşünmür.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Xeyr, bunun heç bir ehtimalı yoxdur”, - Tramp jurnalistin müharibənin onun ikinci səlahiyyət müddətinin bütün dövrü ərzində davam edib-etməyəcəyinə dair sualına cavabında bildirib.