BAKI, 15 sentyabr. TELEQRAF
Yəmənin cənub-şərqində hökumət qüvvələri ilə toqquşmalar zamanı Yəmən üsyançı hərəkatı Ənsar Allah (Husilər) tərəfdarları tərəfindən təxminən 800 nəfər əsir götürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Husilərin Hərbi Əsirlər Komitəsinin rəhbəri Əbdül Qadir Mortada bildirib.
"Qırmızı dənizin qərb sahilində keçirilən hərbi əməliyyat zamanı Ənsar Allah silahlıları 800 nəfəri əsir götürüblər", - deyə Mortada Əl-Mayadin televiziyasına istinadən bildirib. O əlavə edib ki, Ənsar Allah Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat "Husilərə qarşı yoldan çıxarılmış hərbçilər" üçün silahlarını yerə qoyub evlərinə qayıtmaq şərti ilə ümumi əfv elan edib.
Yəməndəki münaqişənin həlli üçün regional təşəbbüslərə toxunan Mortada qeyd edib ki, ərəb ölkələrinin təcavüzə son qoymaq və Yəmənə qarşı blokadanı aradan qaldırmaq üçün göstərdiyi hər hansı səy qəbul edilir və alqışlanır.