BAKI, 15 sentyabr. TELEQRAF
Ukrayna hökuməti Dövlət Vergi Xidmətinin rəhbəri vəzifəsini icra edən Lesya Karnauxu vəzifəsindən azad edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski məlumat verib.
Baş nazir bildirib ki, maliyyə nazirinə hökumətin növbəti iclasında Dövlət Vergi Xidmətinin rəhbəri və ya onun səlahiyyətlərini icra edəcək şəxs vəzifəsinə namizədlər təqdim etmək tapşırılıb.
Karnaux 2025-ci il iyunun 18-dən quruma rəhbərlik edirdi. O, daha əvvəl Ukraynanın baş prokuroru vəzifəsinə keçən Ruslan Kravçenkonun tabeliyində çalışıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkənin Dövlət Vergi Xidmətində yoxlama aparılmasına çağırıb.