BAKI, 15 sentyabr. TELEQRAF

ABŞ administrasiyası Yəmənin “Ənsar Allah” (husi) hərəkatı ilə birbaşa danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.

“Biz husilərin özləri ilə də birbaşa danışıqlar aparırıq. Buna görə də vəziyyəti nəzarətdə saxladığımızı düşünürük”, – Vens deyib.

Onun sözlərinə görə, Vaşinqton eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və regiondakı vəziyyətin təsir göstərdiyi digər ölkələrlə daimi təmasdadır.

ABŞ-nin vitse-prezidenti regiondakı vəziyyətin sürətlə dəyişdiyini və dinamik xarakter daşıdığını vurğulayıb. O əlavə edib ki, Vaşinqton proseslərin inkişafını izləməyə davam edəcək.

Qeyd edək ki, “The New York Times” daha əvvəl husilərin Qırmızı dəniz sahilində yerləşən strateji Moha limanını nəzarətə götürdüyünü yazıb.