BAKI, 15 sentyabr. TELEQRAF
“Bu gün bizə təqdim olunacaq evlərin açarlarının simvolik mənası böyükdür. Həmin açarlar haqqın qələbəsinin və dünyada ədalətin bərpasının təcəssümüdür”.
Bunu Teleqraf-a açıqlamasında Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köç edən sakin Səbinə Yusif deyib.
O, şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, qazilərə cansağlığı, Azərbaycan Ordusuna və dövlətinə güc arzulayıb.
S.Yusif bildirib ki, bu gün hər bir sakin Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan şərait sayəsində doğma yurduna qayıdır:
“Biz müqəddəs torpaqlarımıza qayıdırıq. Bundan sonra doğma yurdumuzda yaşayacaq, bu torpaqlara sahib çıxacaq və keşiyini çəkəcəyik”.