BAKI, 11 sentyabr. TELEQRAF

Rusiyanın Arxangelsk vilayətinin Xolmoqorsk rayonunda yük avtomobili, mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb, 8 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya FHN-in vilayət üzrə Baş İdarəsindən məlumat verilib.

İdarənin məlumatına görə, qəza Primorsk və Xolmoqorsk rayonlarının sərhədində baş verib.

Ölənlərin üçü azyaşlıdır.

Vilayət Daxili İşlər Nazirliyinin İdarəsinin məlumatına görə, qəzanın ilkin səbəbi ötmə zamanı mikroavtobusun qarşıdan gələn taxta ağac kəsən maşınla toqquşması olub.