BAKI, 12 sentyabr. TELEQRAF

Şimali Koreyanın son raket buraxılışı ABŞ və onun regiondakı müttəfiqləri üçün birbaşa təhlükə yaratmayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Sakit Okean Komandanlığı məlumat yayıb.

“Son raket buraxılışından xəbərdarıq və müttəfiqlərimiz, eləcə də tərəfdaşlarımızla sıx məsləhətləşmələr aparırıq. Qiymətləndirməmizə görə, hadisə ABŞ personalı və ərazisi, həmçinin müttəfiqlərimiz üçün birbaşa təhlükə yaratmayıb”, - komandanlığın açıqlamasında bildirilib.

Qeyd olunub ki, ABŞ öz ərazisinin və regiondakı müttəfiqlərinin müdafiəsinə sadiq qalır.

Daha əvvəl “Yonhap” Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən Şimali Koreyanın Yapon dənizi istiqamətində naməlum mərmi buraxdığını bildirmişdi.