BAKI, 12 sentyabr. TELEQRAF

İraqın Baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Əli əz-Zeydi Meysan vilayətindəki əməliyyat komandanlığının rəhbərini vəzifədən azad edib.

Teleqraf xəbər verir ki, bu barədə İraqın INA agentliyi məlumat yayıb.

Qərar Səudiyyə Ərəbistanına son PUA hücumlarının Meysan vilayətində yerləşən ərazidən həyata keçirildiyi təsdiqləndikdən sonra verilib.

Daha əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi “Şərq-Qərb” neft kəmərinin İraq ərazisindən buraxılan bir neçə pilotsuz uçuş aparatının hücumuna məruz qaldığını açıqlamışdı.