BAKI, 11 sentyabr. TELEQRAF

"Yaxın Şərqdəki vəziyyətin Rusiyanın da köməyi ilə sabitləşəcəyinə ümid edirəm".

Teleqraf xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Hindistanda keçirilən BRICS sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Misir lideri qeyd edib ki, Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə nail olmaq çox vacibdir: "Xüsusən də dəniz ərazilərinin və marşrutlarının təhlükəsizliyinin, eləcə də naviqasiya azadlığının təmin edilməsi ilə bağlı məsələlərdə bu zəruridir. Biz birgə səylərlə sabitliyə nail olmaq istərdik".