BAKI, 12 sentyabr. TELEQRAF

ABŞ ordusu əsas silah və sursat növlərinin ciddi çatışmazlığı ilə üzləşib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-nin bir sıra mühüm silah növləri üzrə ehtiyatları tarixi minimum səviyyəyə enib. Xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin sayı kəskin azalıb. İstiqamətlərdən birində yazın sonuna onların sayının 100-dən az olduğu bildirilir.

Bundan başqa, ABŞ ordusunun taktiki raket kompleksləri və yüksək dəqiqlikli zərbə raketlərinin ehtiyatlarının da tükəndiyi qeyd olunur.

Daha əvvəl “Military Watch Magazine” ABŞ-ın İranın yalnız bir hücumunu dəf etmək üçün 80-dən çox “Patriot” raketi sərf etdiyini bildirmişdi.