BAKI, 12 sentyabr. TELEQRAF

Rusiya Daxili İşlər Nazirliyi keçmiş Rabitə və Kütləvi İnformasiya Vasitələri naziri Nikolay Nikiforovu cinayət ittihamları ilə axtarışa verib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, Nikiforov Finiko maliyyə piramidası işi üzrə ittiham olunur.

O, qanunsuz şəbəkə yaratmaq və külli miqdarda dələduzluqda ittiham olunur. İş üzrə təxminən 8000 nəfər zərərçəkmiş kimi tanınıb və dəymiş ziyan təxminən 5 milyard rubl qiymətləndirilir.

Nikiforov 2012-ci ildən 2018-ci ilə qədər Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyinə rəhbərlik edib.