BAKI, 12 sentyabr. TELEQRAF

İndoneziya sahillərində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Yava adasındakı Teluknaqa şəhərindən 115 kilometr şimalda yerləşib. Yeraltı təkanların ocağı 358 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.