BAKI, 12 sentyabr. TELEQRAF
Şimali Koreyanın Yapon dənizi istiqamətində naməlum mərmi buraxdığı ehtimal edilir.
Teleqraf xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Yaponiya Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
Mərminin növü və buraxılışın digər təfərrüatları barədə hələlik məlumat verilməyib.